De La Fuente Türkiyə ilə heç heçədən danışdı

19.11.2025

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

De La Fuente Türkiyə ilə heç-heçədən danışdı

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turunda Türkiyə ilə heç-heçə etdikləri matç (2:2) haqda fikirlərini bölüşüb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis oyunun çətin keçdiyini etiraf edib:

"Bu gün biz qələbə qazanmağın nə qədər çətin olduğunu gördük. Bəzən bunu xatırlatmaq yaxşıdır. Belə səviyyədə, belə sıx qrafiklə davamlı olaraq qalib gəlmək çox çətindir. Biz çox xoşbəxtik. DÇ-2026-nın final mərhələsinə adlamaq bizim əldə etdiyimiz nəticələri daha da qiymətləndirir".

Qeyd edək ki, İspaniya millisi E qrupunu 16 xalla 1-ci sırada başa vurub və mundiala birbaşa vəsiqə qazanıb. Türkiyə yığması isə 13 xalla 2-ci yeri tutub. Vinçenzo Montellanın komandası DÇ-2026-ya yollanmaq üçün pley-off matçları keçirməli olacaq. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью