De la Fuentedən qələbə şərhi

06.06.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İpsaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının yarımfinalında Fransaya 5:4 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

QOL.az xəbər verir ki, o, UEFA-ya açıqlamasında gərgin mübarizə şəraitində keçən oyundan həzz aldığını bildirib:

"Çox xoşbəxtəm. Etiraf etməliyəm ki, oyunda müəyyən qədər çətinlik mənə sevinc gətirir. Mən idmanı çətinlik elementi olmadan başa düşmürəm. İki böyük komanda qarşılaşanda oyunda bu gün olduğu kimi mənzərə yaranır. Hər matçdan dərs almalı və oyunu müsbət dəyərləndirməliyik",

Xatırladaq ki, İspaniya millisi iyunun 8-də keçiriləcək finalda Portuqaliya ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью