De Laurentis De Bruyne haqda nə dedi?

29.05.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kevin De Bruynenin karyerasını “Napoli”də davam etdirəcəyi haqda xəbərlər səngimir.
Bu mövsüm İtaliya çempionu olan “Napoli”nin belçikalı futbolçu ilə 3 illik müqavilə üzrə razılığa gəldiyi bildirilmişdi. İtaliya klubunun prezidenti Aurelio De Laurentis “Mançester Siti”dən ayrılan yarımmüdafiəçini transfer edəcəklərinə dair xəbərlərə müsbət münasibət bildirib: 

“Mən bilirəm ki, Kevin artıq İtaliyada villa alıb. Səhər onunla danışdıq, ailəsi ilə videozəng oldu. Müqavilə hələ imzalanmayıb, amma hər şey ciddidi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью