De Pauldan Messi açıqlaması “Qollarından xəbəri belə yoxdur”

17.06.2026

Icma.az, Apasport saytına istinadən bildirir.

Argentina millisinin futbolçusu Rodriqo De Paul DÇ-2026-nın Əlcəzairlə oyunundan sonra Lionel Messi barədə maraqlı açıqlama verib.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi komanda yoldaşının fərdi rekordların arxasınca qaçmadığını bildirib.

De Paul Messinin yalnız komandanın uğurunu düşündüyünü deyib:

“And içirəm ki, rekordlar Messinin heç vecinə də deyil. O, fərdi rekordların arxasınca qaçmır. Hətta otaqda çay içərkən onunla zarafat edirik. ‘1-2 qolun qalıb’ deyirik. Heç xəbəri belə yoxdur”.

Qeyd edək ki, Argentina DÇ-2026-nın qrup mərhələsində Əlcəzairə 3:0 hesabı ilə qalib gəlib.

Messi görüşdə het-trik edib və mundiallardakı qollarının sayını 16-ya çatdıraraq Miroslav Klozenin rekorduna şərik olub.

38 yaşlı futbolçu həm də Dünya Kuboku tarixində het-trik edən ən yaşlı oyunçu olub.

Samet Akaydından sərt reaksiya – “Saça, saqqala qarışmaq mənasızdır” Olise Fransa qələbəsinin qəhrəmanı oldu – “Matçın adamı” seçildi Uğurcan Çakırdan Paraqvay mesajı – “Ölkəmizi sevindirmək istəyirik” Mbappe tarixə keçdi – Fransa millisində rekord qırıldı İki alman "Real" yolunda: Mourinyo şəxsən istəyir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью