De Rossi “Roma” rəhbərliyindən onu istədi

17.05.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

“Atletiko”nun futbolçusu Alvaro Morata karyerasını İtaliyada davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki ,”Roma” ispan hücumçunun xidmətində maraqlıdır. Bu barədə “Tuttomercato” nəşri məlumat yayıb.

“Roma”nın baş məşqçisi Daniele De Rossi klub rəhbərliyi ilə görüşüb və Moratanın transferini istəyib.

31 yaşlı forvardın “Atletiko” ilə sözləşməsində 15 milyon avroya sərbəst qalar bəndi var. Hücumçu özü də klubdan ayrılmağa müsbət yanaşır.

Morata ötən mövsüm La Liqada 32 oyunda 15 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью