De Yonq: Barselonadan daha çoxunu gözləyirdim

02.01.2025

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın futbolçusu Frenki de Yonq Niderlandın "Voetbal International" nəşrinə açıqlama verib. 

QOL.az xəbər verir ki, o, Kataloniya klubuna keçdiyi zaman olan gözləntilərindən danışıb: 

"Etiraf etməliyəm ki, "Barselona" ilə müqavilə imzalayanda düşünmürdüm ki, burada 4 il ərzində yalnız bir dəfə La Liqa, bir dəfə İspaniya kuboku və bir dəfə İspaniya Superkubokunu qazanacağam. Kubokların ən azı iki dəfə çox olacağını gözləyirdim. Buna görə məyusam. Lakin bəzi şeyləri əvvəlcədən bilmək olmur". 

Qeyd edək ki, Frenki de Yonqun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью