Icma.az bildirir, Operativ MM portalına istinadən. "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq klubu tərk edə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Diario Sport"a istinadən xəbər verir ki, Kataloniya komandasının rəhbərliyi hollandiyalı yarımmüdafiəçini satmaq qərarına gəlib.
Xatırladaq ki, 27 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.
"Transfermarkt" portalının mütəxəssisləri futbolçunun dəyərini 45 milyon avro qiymətləndirir.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.