De Yonq da Ərəbistana gedir

20.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Yenisabah.az El Nacional-a istinadla xəbər verir ki, "Əl-İttihad" 27 yaşlı futbolçu ilə danışıqlar aparır. Klub De Yonqa görə Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. 

“Barselona” rəhbərliyi bu transfer variantını nəzərdən keçirir. Yaxın vaxtlarda niderlandlı oyunçunun transferi ilə bağlı qərarın  veriləcəyi gözlənilir. 

"Transfermarkt" portalı De Yonqun transfer dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Bu mövsüm futbolçu "Barselona"nın heyətində bütün turnirlərdə 16 oyun keçirib, 1 qol vurub və 1 qolun ötürməsini verib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью