De Yonq Niderland millisinii günahlandırır

24.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

De Yonq Niderland millisinii günahlandırır

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq DÇ-2026 zamanı Niderland millisində zədəsinə düzgün yanaşılmadığını düşünür.

QOL.az xəbər verir ki, bu barədə COPE nəşri məlumat yayıb.

29 yaşlı futbolçuya dizindəki zədənin ciddi olmadığı bildirilib və o, narahatlığa baxmayaraq çıxışını davam etdirib.

Lakin "Barselona"ya qayıtdıqdan sonra aparılan müayinələr nəticəsində De Yonqun sağ dizinin medial yan bağında yırtıq aşkarlanıb.

Kataloniya klubu futbolçunun əməliyyatsız müalicə olunacağını açıqlayıb. Onun bərpasının 5-6 ay çəkəcəyi gözlənilir.

De Yonq daha əvvəl yayılmış Hans-Diter Fliklə aralarında problem olduğu barədə iddiaları da təkzib edərək, hazırda bütün diqqətini meydanlara qayıtmağa yönəltdiyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью