Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
İngiltərənin “Çelsi” klubu “Barselona”nın aparıcı yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmək niyyətinə düşüb.
Futbolpress.az xəbər verir ki, London təmsilçisi 29 yaşlı niderlandlı futbolçunu 2027-ci ilin yanvarında heyətinə qatmağı planlaşdırır.
“Zadəganlar”ın rəhbərliyi de Yonqu Premyer Liqada çıxış etməyə razı salmaq məqsədilə ona yüksək məbləğli müqavilə təklif etməyə hazırlaşır.
Bununla belə, ehtimal edilən keçidin maliyyə şərtləri, o cümlədən transfer haqqı və futbolçu ilə fərdi müqavilə detalları hələlik gizli saxlanılır.