De Yonq Səudiyyə Ərəbistanına yollanacaq? Agenti açıqladı

27.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonqun agenti Əli Dursun müştərisinin Səudiyyə Ərəbistanına mümkün köçməsi haqda danışıb. 

Fanat.Az xəbər verir ki, Dursun bu barədə "Telegraf"-a danışıb: 

“Onun Səudiyyə Ərəbistanına köçməsi ilə bağlı şayiələr tamamilə cəfəngiyyatdır. Bu, Frenkini həqiqətən istədiyi hədəfdən yayındırır: ən çox sevdiyi klub olan "Barsa"da parlamaq. Kim bilir, bəlkə "Barselona" və Frenki daha uzun müddət birlikdə qalacaq”. 

Qeyd edək ki, 27 yaşlı futbolçunun Kataloniya komandası ilə müqaviləsinin müddəti bu mövsümün sonuna kimidir. "Transfermarkt" onun dəyərini 60 milyon avro qiymətləndirir.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью