Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
İspaniya millisinin sabiq futbolçusu Santi Kasorla “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonqun son dövrlərdəki qeyri-sabit çıxışına görə tənqid olunmasına münasibət bildirib.
İdman.Biz SPORT nəşrinə istinadən xəbər verir ki, Kasorla niderlandlı futbolçunun hələ də Kataloniya klubu üçün vacib oyunçu olduğunu düşünür.
“Onunla qarşılaşmaq, ona qarşı oynayarkən çətinlik çəkmək və eyni zamanda oyunundan zövq almaq şansım olub. Ümid edirəm ki, zədələr ondan uzaq olar. Həmişə sabit çıxış etməkdə çətinlik çəkib, amma “Barselona”nın ona ehtiyacı var”, - Kasorla bildirib.
29 yaşlı de Yonq dünya çempionatında aldığı zədə səbəbindən mövsümün ilk iki ayını buraxıb. Əməliyyatdan imtina etməsi isə tənqidlərə səbəb olub.
Ötən ay meydana qayıdan yarımmüdafiəçi cari mövsümdə cəmi dörd qarşılaşmada iştirak edib. Hazırda Hans-Diter Flikin komandasında Rodri, Pedri və Mark Bernal yarımmüdafiə xəttində daha çox üstünlük verilən futbolçulardır.
De Yonq Niderland millisinin düşərgəsində də yüngül zədə alıb. Lakin problemin ciddi olmadığı və futbolçunun noyabrın 22-də “Vilyarreal”la görüşdə iştirak edə biləcəyi bildirilir.
Qeyd edək ki, “Barselona” noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turunda Bakıda “Sabah”ın qonağı olacaq.