Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Olimpik Marsel"in baş məşqçisi postundan ayrılacağı gözlənilən Roberto De Zerbi İtaliyada peyda ola bilər.
Fanat.Az xəbər verir ki, "Fiorentina" klubu onu razı salmağın yollarını axtarır.
İnformasiyanı "Calciomercato" yayıb. Mənbənin məlumatına görə, Fransadakı gələcəyi qeyri-müəyyən olan mütəxəssisi İtaliya klubun yeni idman direktoru A Seriyasına qaytarmaq üçün qollarını çırmayıb. İtaliya klubunun rəhbərliyi artıq növbəti mövsüm üçün planlar hazırlayır və De Zerbini "Fiorentina"nın baş məşqçisi vəzifəsinə ideal namizəd hesab edir.
A Seriyasının 23 turundan sonra Florensiya təmsilçisi 17 xalla turnir cədvəlində 18-ci yerdədir və aşağı liqaya düşmə zonasındadır.