Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Məşhur aktyor Rayan Reynolds superqəhrəman "Deadpool"un dördüncü filmlə ekrana qayıdacağını rəsmən elan edib.
Kulis.az xəbər verir ki, aktyor bu haqda Nyu-Yorkda keçirilən bir tədbirdə məlumat verib.
O, dördüncü filmin mütləq çəkiləcəyini və yaxın gələcəkdə personajla bağlı yeni sürprizlərin olacağını vurğulayıb.
Tədbirdəki bu açıqlamalar "Deadpool"un dördüncü ekran işindən əvvəl başqa bir "Marvel" layihəsində görünə biləcəyi iddialarını gücləndirib.
Seriyanın 2024-cü ildə nümayiş olunan "Deadpool & Wolverine" filmi qlobal kassada 1,3 milyard dollar gəlir əldə edərək böyük uğura imza atmışdı.
Qeyd edək ki, personajın yeni layihələrinin 2027-ci ilə qədər dəqiqləşəcəyi gözlənilir.
"Əgər çəkdiyim əzab bir qadının gözünü açacaqsa..." - Livanlı yazıçının romanından hissə "Qoşulub qaçmağım var sevdiyim adamgilə..." - Sevinc Yunuslunun şeirləri Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş kitab təqdim edildi