Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların dinamikası məlum olub

02.09.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Bu ilin avqustun 1-nə Azərbaycanda debet və kredit kartları vasitəsilə 217,419 milyon ədəd əməliyyat üzrə 13,331 milyard manatlıq əməliyyat aparılıb.

525.az bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə aparılan əməliyyatların sayı 45,4 milyon ədəd və ya 26,4%, həcmi isə 1,6 milyard manat və yaxud 14,1% artıb.

Dövr ərzində debet kartları ilə 12,525 milyard manat (+14,8%) həcmdə 203,268 milyon ədəd (+28,4%), kredit kartları vasitəsilə isə 806 milyon manat (+4,1%) həcmdə 14,151 milyon ədəd (+3,2%) ödəniş əməliyyatları aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью