“Dəbilqəsiz yola çıxma...”

22.09.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dəbilqəsiz yola çıxma – həyat ən böyük qələbədir” ictimai maarifləndirmə kampaniyasına start verilib.

Gənclər və İdman Nazirliyi ilə Daxili İşlər Nazirliyi yol təhlükəsizliyinə həsr olunan birgə maarifləndirmə kampaniyasına başlayır. Kampaniyada əsas çağırış skuter, velosiped və motosiklet istifadəçilərinə ünvanlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dəbilqədən düzgün istifadə kəllə-beyin zədəsi riskini 74 faiz, ağır baş xəsarəti riskini 60 faiz azaldır. Məqsəd dəbilqə istifadəsini hər bir sürücü üçün gündəlik qaydaya çevirmək və onun təhlükəsizlikdəki rolunu vurğulamaqdır.

Kampaniyaya qoşulan Azərbaycan idmanının tanınmış simaları öz mesajları ilə xatırladırlar: idmanda olduğu kimi, yolda da diqqət, intizam və düzgün qərar həyati əhəmiyyət daşıyır.

Qeyd edək ki, təşəbbüs BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisinin mandatı çərçivəsində həyata keçirilən qlobal yol hərəkəti təhlükəsizliyinə həsr olunan “Make A Safety Statement” kampaniyasından ilham alınaraq hazırlanıb.

Q.YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью