Icma.az xəbər verir, Marja.az saytına əsaslanaraq.
Azərbaycanda debitor borcların artdığı sahələrə diqqəti artırmaq lazımdır.
Bunu deputat Aydın Hüseynov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, debitor borcların artması ciddi problemdir: "Bununla bağlı təhlillər aparılmalı, debitor borclarının tərkibi də təhlil olunmalıdır. Digər tərəfdən isə müdafiə olunan xərclərin tərkibinin müəyyənləşdirilməsi – bu da Hesablama Palatasının verdiyi təkliflərdən biridir – mühüm əhəmiyyət kəsb edir".
© "Report"