Debüt matçında qol vuran Eşqin: Çox xoşbəxtəm

17.11.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Debüt matçında qol vuran Eşqin: "Çox xoşbəxtəm"

"Andorra ilə oyuna yaxşı hazırlaşmışdıq. Yoldaşlıq oyunu olsa da, qalib gəlmək istəyirdik - axı biz milli komandanın formasını geyinir və bu formada Azərbaycan bayrağını daşıyırıq".

QOL.az xəbərnverir ki, bu sözləri "azerisport.com"a açıqlamasında Azərbaycan millisinin üzvü Eşqin Əhmədov deyib.

21 yaşlı yarımmüdafiəçi Andorra ilə keçirilən yolaşlıq matçında (2:1) milidə debüt edib və qol vurmağı da bacarıb. O, bu barədə də hisslərini bölüşüb:

"Bizə yalnız qələbə lazım idi. Mən də ilk oyunumda qol vurmağı bacardım və çox xoşbəxtəm. Debüt etmək və qol vurmaq mənim üçün həqiqətən sevincli anlardır".

Gənc futbolçu millidən dəvət almasına çox svindiyini də bildirib: "Qol vuranda da eyni hissləri yaşadım. Qol vurmaq həqiqətən xüsusi bir hissdir. İndi çox çalışmağa davam edəcəyəm. Ümid edirəm ki, milli komandaya dəvət almağa davam edəcəyəm. Buna nail olmaq üçün qollar vuracağam, məhsuldar ötürmələr edəcəyəm və klubumda yaxşı oynayacağam. Bunun üçün çox çalışacağam".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью