Debüt oyununda zədələndi

24.08.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Debüt oyununda zədələndi

Elliot Anderson İngiltərə Premyer Liqasında “Mançester Siti”nin heyətində keçirdiyi ilk matçda zədələnib.

QOL.az xəbər verir ki, yarımmüdafiəçi zədə səbəbindən görüşü davam etdirə bilməyib və əvəzlənib.

Anderson “Mançester Siti”yə 135 milyon funt-sterlinq qarşılığında keçib və klubun bu yay əsas transferlərindən biri hesab olunurdu. Buna görə də onun debüt matçında zədələnməsi komanda üçün xoşagəlməz hadisə olub.

Hazırda futbolçunun zədəsinin xarakteri və bərpa müddəti məlum deyil. Andersonun yaxın vaxtlarda əlavə tibbi müayinədən keçəcəyi gözlənilir. O, ötən mövsüm 50 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Mançester Siti” “Bornmut” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью