Icma.az bildirir, Fanat portalına istinadən.
Misli Premyer Liqasının 1-cü turunda "Zirə"nin qonağı olacaq "Şəfa"nın heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a debütantın sözçüsü Heybət Məmmədov məlumat verib:
"Hazırda cəzalı və ya zədəli futbolçu yoxdur. Komanda "Zirə" ilə oyunun hazırlıqlarını tam heyətlə davam etdirir".
Qeyd edək ki, "Zirə" - "Şəfa" qarşılaşması sabah keçiriləcək. Zirə İdman Kompleksinin stadionunda baş tutacaq matçın start fiti 21:00-da səsləndiriləcək.
Mirağa