Debütant tanınmış qolçu ilə ilkin razılığa gəlsə də...

07.07.2026

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Yeni mövsümdə 2-ci liqada başlayacaq "Marafon" transfer çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Sabirabad təmsilçisi tanınmış hücumçu ilə razılaşsa da, keçid baş tutmayıb.

Belə ki, son mövsümü "Quba"da keçirən və bu komandanın forması ilə çempionatda 24 qola imza atan Vidadi Cəfərovla şərtlərlə bağlı ortaq məxrəcə gəlmək mümkün olmayıb. Artıq Vidadinin özünə yeni iş yeri axtaracağı dəqiqləşib.

 Xatırladaq ki, Cəfərov 2024/2025 mövsümündə "Şəmkir"in heyətində 31 qolla 2-ci Liqanın ən sərrast oyunçusu olmuşdu.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью