futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan millisinin futbolçusu Rüfət Abbasov DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya məğlub olduqları oyundan sonra fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Çətin oyun olacağını gözləyirdik. Rəqib həqiqətən yaxşı komandadır. Əsas yığmada debüt etdim. Nəticə ürəkaçan olmadı. Xal və ya xallar qazanmaq istəyirdik. Amma yaxşı epizodlarımız oldu. Son nöqtəni qoya bilmədik. Bunun üzərində işləməliyik. Daha yaxşısını etməyə çalışacağıq”.
Abbasov millinin Fransa ilə növbəti matçından söz açdı:
“Fransanın gücü hamıya bəllidir. Amma buna baxmayaraq sonadək döyüşəcəyik. Meydanda hər şeyin ən yaxşısını etməyə çalışacağıq”.