Debütantdan daha 2 transfer 21 lik bəlli oldu

20.07.2026

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Növbəti mövsüm 2-ci Liqada çıxış edəcək "Marafon" daha iki transfer reallaşdırıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, onlardan biri "Xankəndi"dən ayrılan qapıçı Qurban Məhərrəmov, digəri son klubu "Qaradağ Lökbatan" olan vinger Tofiq Nəsibovdur. 

Beləliklə, transferlərə "doymayan" debütant "21-liy"ini müəyyənləşdirib. 

Yeni transferlərlə birlikdə, növbəti mövsüm komandada çıxış edəcək futbloçular və onların nömrələri belədir: 

99. Şahin Zəkiyev 
71. Qurban Məhərrəmov 
4. Elşad Manafov 
5  Emil Quluzadə 
6. Pərviz Qaraxanov 
7. Hüseyn Hüseynli 
8. Elmar Rəhimov
10 Emin Quliyev
11. Mirmövsüm Canıyev 
12. Xəyyam  Hüseynli 
13. Elşad Əliyev
14. İlqar Ələkbərov 
15. Nodar Məmmədov 
17. Fərid Kərimzadə
19. Hüseyn Axundov
21. Novruz Məmmədov 
29. Elşən Veysov 
32. Elməddin Hüseynzadə 
44. Ülvi İbazadə 
70. Tofiq Nəsibov 
77. Hakan Həsənov

Sabirabad təmsilçisi bu yay Premyer Liqa təcrübəsi olan futbolçulardan Novruz Məmmədov, Nodar Məmmədov, Pərviz Qaraxanov, Şahin Zəkiyev kimi oyunçularla güclənib.

Qeyd edək ki, "Marafon" Region Liqasının son finalçısıdır.  

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью