Debütantdan daha bir transfer | Icma.az
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"DH Volley" klubu qadın voleybolçular arasında Azərbaycan çempionatında debütü ərəfəsində komandanı formalaşdırmağa davam edir.
İdman.biz xəbər verir ki, komandanın növbəti yeni oyunçusu Nilufər Ağazadədir.
Blokçu kimi çıxış edən gənc azərbaycanlı voleybolçu əvvəllər “Azərreyl” və “Abşeron”un şərəfini qoruyub.
Qeyd edək ki, bundan əvvəl "DH Volley" "Azərreyl"dən Aynur İmanova və italiyalı İlenia Luna De Manqonu transfer edib.
İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu