Dəclə Bağdaddan çalınçarpaz keçir | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu “dəli çay” Fərata paytaxtın yaxınlığında qovuşur Orta məktəb illərində bilirdim ki, 1900 kilometr uzunluğu olan Dəclə çayı mənbəyini Türkiyənin şərqində, Elazığ şəhəri yaxınlığında, dəniz səviyyəsindən, təxminən, 1200 metr yüksəklikdəki Xəzər adlı dağ gölündən (Bu gölə Almas İldırımın şərəfinə Xəzər adı verilib – red.) götürür və Mesopotamiyada Fərat çayı ilə birləşdikdən sonra İraqın Bəsrə şəhəri yaxınlığında Fars körfəzinə tökülür.
Əslində bunlar bir şagird üçün o qədər də az məlumat deyildi.
Amma mən Dəclə haqqında (rusların ona Tiqr (pələng), ərəblərin isə dəli deməsinin səbəbini bilmirəm) daha çox öyrənmək istəyirdim.
Jurnalist kimi fəaliyyətə başlayandan sonra isə hətta o çayı görmək arzum da yaranmışdı.
Bütün istəklərim kimi həmin arzum da çox gec reallaşdı. ...Bağdaddakı “Al Mansour” otelinin (Səddam Hüseynin dövründə həmin otelin foyesində
Bütün qonaqlar kimi biz də Buşun üz-gözündə gəzməyə məcbur olurduq. Sonra ABŞ hərbçiləri həmin otelə çox ciddi ziyan vurmuşdular.
Bu sətirləri qələmə alanda internet vasitəsiylə öyrəndim ki, “Al Mansour” tam bərpa olunub və beş ulduzla fəaliyyət göstərir) otelin 18-ci mərtəbəsinin eyvanından İraq paytaxtına boylananda diqqətimi çəkən ilk məqam Dəclənin dəcəlliyi olmuşdu.
Tam oxu
Xəbəri oxu