Dədə baba sənətinə məhəbbət FOTO

28.08.2026

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin “Xalq sənətkarlıq zonası” layihəsi çərçivəsində Masallı rayonunun Digah kəndi ərazisində fəaliyyət göstərən ip və kəndir toxuma emalatxanasına “Dədə-baba sənəti” adlı ekskursiya təşkil olunub.

Ekskursiya zamanı gənclər qədim sənət nümunəsi sayılan ip və kəndir toxuma ilə yaxından tanış olublar. Emalatxananın iş prosesi, istifadə olunan alətlər və ənənəvi üsullar barədə ətraflı məlumat əldə edən gənclər müxtəlif alətlər üzərində özlərini sınayaraq maraqlı və yaddaqalan təcrübə yaşayıblar. Nəticədə “Dədə-baba sənəti” ekskursiyası gənclərin milli sənətkarlıq nümunələri ilə tanışlığı, qədim sənətlərin yaşadılması və təbliği, eləcə də gənclərin ənənəvi sənətkarlığa ürəkdən həvəs göstərməsi baxımından əhəmiyyətli olub.
Ekskursiyanın sonunda gənclərlə yaradıcı və səmimi görüş keçirilib. Tədbirin təşkilinə və gənclərə göstərdiyi dəstəyə görə emalatxananın sahibi Fikrətli Babayev Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnaməsi ilə təltif olunub.
Fikrətli Babayev isə öz növbəsində gənclərə və təşkilata 100 metr uzunluğunda ip hədiyyə edilib.
Onu da bildirək ki, emalatxanaya müxtəlif ölkələrdən gələn xarici turistlər də vaxtaşırı baş çəkirlər. Bu da qədim sənət nümunələrinin həm yerli, həm də xarici qonaqlar tərəfindən böyük maraq göstərdiyinin əyanı təzahürdür.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью