“Dedi ki, maşını ver, satıram, əsəbiləşib yandırdım” Video

15.05.2025

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Bakının Xəzər rayonunda ehtiyatda olan baş leytenant Murad Əfəndiyev avtomobilini yandırıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Fiat” markalı avtomobilə benzin tökərək od vurub. 

İddialara görə, M. Əfəndiyev bu addımı avtomobillə bağlı yaranmış borc səbəbindən atıb:

“Maşını bacanağımdan almışdım. Texniki baxışdan keçməsi üçün etibarnamə sahibi şəxsən özü gəlməli idi, amma gəlmədi. Dəfələrlə zəng etdim, cavab vermədi. Nəticədə ard-arda cərimələr gəldi və məbləğ 800 manata çatdı. Həmin şəxs gəlib dedi ki, maşını ver, satıram. Dedim ki, mənim çörəyim bu avtomobildən çıxır, necə yəni satırsan? Buna görə də, əsəbiləşib maşını yandırdım”.

Qeyd edək ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью