Icma.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Sevinc Əliyeva şəxsi həyatından danışıb.
Axşam.az xəbər verir ki, aktrisa "Elgizlə izlə" verilişində cəmi 2 ay ailəli qaldığını deyib. O bildirib ki, daha sonra həyatında sevdiyi şəxs olsa da, ailə qura bilməyib.
S.Əliyeva həmin şəxsin ondan övladını atmasını istədiyini deyib:
"Cəmi 2 ayın gəlini olmuşam. Yenidən ailə qurardım, amma dövr elə idi ki, dəyişiklik baş verdi. Uşaqla olanda məni istəmədilər. Dedilər ki, uşağı ver, elə ailə quraq".