“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək

07.01.2025

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bir müddət əvvəl fəxri adlar pulla satılırdı”.

Axşam.az xəbər verir ki, bu sözlıri müğənni Təranə Qumral “Günə bax” verilişində deyib. İfaçı bildirib ki, onlara da fəxri adı pulla satmaq istəyiblər:

“Deyirdilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək. Biz heç vaxt buna getmədik. Düşündük ki, dövlət nə zaman istəyər, onda da verər. Bu, qanun çərçivəsində olmalıdır. Titullar necə özbaşına verilə bilər?”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью