“Dedilər ki, uşaq qan içindədir, gəl xəstəxanaya apar” Video

07.02.2025

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uşaq məktəbdə olub, mən isə işdəydim, yanında olmamışam. Dedilər ki, uşaq qan içindədir, gəl götür apar”.

“Qafqazinfo” Baku TV-yə istinadən xəbər verir ki, bunu fevralın 4-də Ucarın Rəstəcə kənd tam orta məktəbində sinif yoldaşı tərəfindən xəsarət alan yeniyetmənin babası Əliniyaz Fərzəliyev bildirib.

“Gəlib həkimə apardım, qolundan qan axırdı. Həkim dedi ki, barmaqları kəsilib, hamısı bıçaq yarası idi. Əməliyyat olunub, indi evdədir. O biri uşağın valideynləri ilə heç bir söhbət etməmişəm, onları heç görməmişəm. Çünki atası icazə vermir. Heç bir yerə şikayət də etməmişəm”, - deyə Ə. Fərzəliyev qeyd edib.

Daha ətraflı videomaterialda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью