Dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə çıxaracağıq Aktrisa ağladı

17.11.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

“Mənə dedilər ki, ya ərizəni yaz, ya da səni maddə ilə çıxaracağıq. 2010-cu ildə məni beləcə teatrdan uzaqlaşdırdılar”.

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sonaxanım Əliyeva “Sevilən səhər” proqramında deyib. Aktrisa bildirib ki, onu teatrdan məcbur işdən çıxarıblar:

“51 yaşıma çatmışam. Ömrümün 31 ilini bu sənətə həsr etmişəm. Mən bu gündən sonra hansı işin qulpundan yapışa bilərəm? Nə edə bilərəm? Sənətimi təmənnasız sevmişəm. İnsan nəyisə təmənnasız sevəndə cavabını istədiyi kimi almır. Teatrla yaşamışam. Universiteti bitirməmiş teatrda çalışırdım. Övladım teatrın pərdə arxasında böyüyüb. Teatr necə mənə doğma gələ bilməz? Bu gün baxıram, həmin teatrın rəhbəri dəyişib. Adını çəkmirəm, adı çox olar. İndi bəlkə eşidir. O utanmadı. Onunla qastrol səfərlərinə getdik. Yanımda oturub mənimlə çörək kəsdi”.

Aktrisa həmin teatrın adını açıqlamasa da, onun 2006-cı ildən 2010-cu ilədək Gənc Tamaşaçılar Teatrında çalışdığı məlumdur.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью