“Dedilər, köç pulladır, versən, ev sənindir” Qarabağa qayıdış adı ilə dələduzluq+Video

29.11.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əslən Laçından olan və doğma yurduna qayıtmaq üçün 6 ay əvvəl Qaçqın və Məcburi Köçkünlərin İşləri üzdə Dövlət Komitəsinə müraciət edən Ramiz Əhmədov dələduzluğun qurbanı olduğunu deyir.

“Qafqazinfo” xəbər verir ki, vətəndaş bildirir ki, Komitənin Aparat rəhbəri və işğaldan azad olunmuş Ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalovla görüşüb.

Orada ona bildirilib ki, qaydaya uyğun qəbul şöbsində ərizə yazıb qayıdış üçün qeydiyyata düşməlidir, növbəsi çatanda onu da aidiyyəti üzrə çağıracaqlar.

Daha sonra Sabunçu rayon Pirşağı qəsəbəsi “Məşəl” düşərgəsində məskunlaşan Əhmədovlar ailəsinə zəng gəlir.

Şəxs bildirir ki, daha sonra doğma xalası oğlu Sabir və onun Xəqani adlı tanışı vasitəsilə 9 min manat müqabilində Qarabağa qayıdışını təmin edəcəyinə təminat veriblər:

“Dedi ki, köç pulladır. Mən də getdim girdim banka 9 min pul götürdüm. 5 min bir verdim, sonradan isə 2 min, 2 min. Dedi ki, “balam ölsün pulu ver, ev səndədir”.

Vətəndaş iddia edir ki, sözügedən şəxslər Komitənin Aparat rəhbəri və işğaldan azad olunmuş Ərazilərdə daimi məskunlaşmanın təşkili üzrə komissiyanın sədri Eldar Zeynalovla yaxın dost münasibətində olduqlarını da bildiriblər:

“Zəng etdi, dedi “Ramiz haradasan” dedim, evdə. Dedi “dərhal get “Qaçqınkom”a. Getdim orada müəllimlə söhbət elədim, dedi ki, “mən bilmirəm, get pulunu al”.

Komitədən bildirilib ki, pulu komitə rəsmiləri adından onun yaxın qohumları alıblar.

DİN-in mətbuat xidmətindən isə bildirilib ki, məsələ nəzarətə götürülüb.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью