Qafqazinfo saytına istinadən Icma.az xəbər verir. ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda
“Qafqazinfo”nun məlumatına görə, Tramp bildirib ki, Yaponiyada Akio Toyoda ilə tanış olarkən ona zarafatla bir neçə sual ünvanlayıb.
Prezidentin sözlərinə görə, əvvəlcə Toyodadan adını soruşub: “Dedim, adınız “Toyota”dır?” O da cavab verdi: “Bəli”.
Sonra soruşdum: “Yəni avtomobil şirkətinin sahibisiniz?” O isə dedi: “Bəli, şirkətin 92 faizi mənimdir”.
Tramp əlavə edib ki, bu cavabdan sonra Toyodaya “Bu qədər dəqiq deməyinizə ehtiyac yox idi” deyə zarafat edib.
Ardınca isə onun sərvətinə toxunaraq “Siz çox varlısınız” söylədiyini bildirib.
Toyodanın buna “Bəli, bəli, çox varlıyam” cavabı verdiyini deyən Tramp bu xatirəni danışarkən zalda gülüş səsləri yüksəlib.
ABŞ prezidenti qeyd edib ki, Akio Toyoda hazırda ABŞ-də 10 milyard dollar dəyərində yeni istehsal müəssisələrinin yaradılacağını elan edib.