DeepSeek istifadəçilərin şəxsi məlumatlarını Çinə ötürüb

19.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Çinin süni intellekt startapı tərəfindən hazırlanmış "DeepSeek" çatbotu ölkədəki istifadəçilərin məlumatlarını üçüncü tərəfə - "TikTok"un sahibi olan "ByteDance Ltd" şirkətinə ötürüb.

Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Cənubi Koreyanın Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) ölkədə "DeepSeek"in yüklənməsinə müvəqqəti məhdudiyyət qoyulduğunu elan edib. Bu, tətbiqin məlumatları toplaması ilə əlaqədar narahatlıqlarla bağlıdır.

Qeyd olunur ki, ilk dəfədir, rəsmi tənzimləyici "DeepSeek"də istifadəçi məlumatlarının üçüncü tərəfə potensial sızmasını təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью