Dəfələrlə cərimələnsə də dərs çıxarmayan sürücü 50EE287 VİDEO

18.11.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qax rayonu ərazisində kobud qayda pozan sürücünün videosu sosial şəbəkədə paylaşılıb.

Avtosfer.az-ın məlumatına görə, 50-EE-287 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü əks istiqamətli yola keçid edib. Bu zaman digər maşındakı sərnişin yolboyu onu lentə alıb. 
Qeyd edək ki, saytımızda bir müddət əvvəl sürücünün avtoxuliqanlıq etməsiylə bağlı xəbər dərc olunmuşdu və sözügedən sürücü barəsində qanunamüvafiq tədbir görülmüşdü.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirib ki, sözügedən sürücü barəsində araşdırma başlanılıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью