Dəfələrlə demişəm ki... Putindən Qərbə mesaj

01.09.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Münaqişənin səbəblərindən biri Qərb ölkələrinin Ukraynanı NATO-ya cəlb etmək cəhdləridir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində deyib.

“Dəfələrlə demişik ki, bu, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir”, – o bildirib.

Rusiya lideri həmçinin əlavə edib ki, münaqişənin digər səbəbi 2014-cü ildə Kiyevdə baş vermiş dövlət çevrilişi olub.

Putinin fikrincə, bu, Qərb dövlətləri tərəfindən təhrik edilib.

Əliyar Xəlil
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью