Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Britaniyalı rejissor Ridli Skott Robert Luis Stivensonun "Dəfinələr adası" ("Treasure Island") romanının yeni ekranlaşdırması üzərində işləməyə hazırlaşır.
Kulis.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.
Məlumata görə, ekran işində piratların başçısı Con Silver rolunu məşhur aktyor Hyu Cekman canlandıracaq.
Hazır ssenarisi və aktyor heyəti olan layihə artıq iyunun 8-də böyük kinostudiyalara təqdim edilib. Filmin yayım hüquqları uğrunda studiyalar arasında ciddi rəqabətin yaranacağı gözlənilir.
Bununla belə, ənənəvi olaraq Skottla əməkdaşlıq edən "20th Century" studiyası prioritet seçim hüququna malik olmasına baxmayaraq, layihədən imtina edib. Mənbələrin məlumatına görə, bu qərar studiyanın sahibi olan "Disney" şirkətinin "Karib dənizi quldurları" seriyasının inkişafına diqqət ayırması və iki pirat layihəsi arasında daxili rəqabət yaratmaq istəməməsi ilə əlaqədardır.
Xatırladaq ki, 1883-cü ildə nəşr olunan "Dəfinələr adası" romanı dünya ədəbiyyatının ən məşhur macəra romanlarından biri hesab olunur. Kitab bu günə qədər 50-dən çox dilə tərcümə edilib və ümumi tirajı 100 milyon nüsxəni keçib.
Mirmehdi Ağaoğlunun Mirzə Cəlilə dərs keçməkliyi - Təvəkkül Boysunar Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd olundu Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?