Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın deflimpiyaçı güləşçiləri Belarus Açıq Kubokunda komanda hesabında birinci yeri tutublar.
Apasport.az xəbər verir ki, oktyabrın 8-dən 12-dək Belarusun Qomel şəhərində keçirilən yunan-Roma güləşi üzrə yarışda Azərbaycan 9 idmançı ilə təmsil olunub.
İdmançılarımız 4 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar.
Qızıl medalları Murad Cəfərov (55 kq), Kənan Allahverdiyev (60 kq), Namiq Əliyev (72 kq) və İlkin Həmzəyev (82 kq) əldə ediblər.
Ceyhun İsazadə (60 kq), Tuncay İbrahimzadə (77 kq) və Elimxan Qırxlarzadə (130 kq) gümüş, Qəmbər Türbətzadə (72 kq) və Zöhrab Mehdiyev (77 kq) isə bürünc medal qazanıblar.
Azərbaycan komandası 195 xalla beş ölkə arasında komanda hesabında birinci olub.
Kamandan oxatma üzrə Azərbaycan Superkuboku keçiriləcək Asunsion Loriyente Bakıda Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyəti ilə tanış olub III Xankəndi Ultramarafonu: üçüncü mərhələnin qalibləri bəlli olub Azərbaycan təmsilçisi Almatıda 6-cı olub Azərbaycanlı fiqurlu konkisürənlərdən Almatıda bürünc medal