Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasında əmək pensiyaçılarının yüksək xüsusi çəkiyə malik olması, cari il üçün dinamikaya əsaslanmaqla növbəti ildə əmək pensiyalarının minimum məbləğinin artırılması şərti ilə bu müavinət növünə tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər.Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il büdcəsi haqqında qanun layihəsinə verdiyi rəydə bildirilir.Sənədə əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər içərisində xüsusi çəkisinə görə 3-cü müavinət növü dəfn müavinətidir.
Dəfn üçün müavinətlər üzrə xərclər bu il ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb.
Bu ilin I yarısında 20 311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da bu ilin proqnoz göstəricisinin 48,4 %-i qədərdir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 milyon manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2 %-i deməkdir.
Növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı bu ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və yaxud 1,2% az proqnozlaşdırılıb.
Növbəti il dəfn müavinəti üzrə xərclər bu ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
Bu ilin I yarısında dəfn müavinəti ödənilmiş şəxslərin 19 478 nəfəri və yaxud 95,9 %-i əmək pensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 milyonmanatı və yaxud 97,5 %-i əmək pensiyaçılarının payına düşür.