Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq. Azərbaycanda dəfn müavinəti ilə əhatə olunmuş şəxslər sırasında əmək pensiyaçılarının y
Dəfn üçün müavinətlər üzrə xərclər bu il ötən ilin icrasına nisbətən 18,1% artım tempi ilə proqnozlaşdırılıb.
Bu ilin I yarısında 20 311 nəfərə görə dəfn müavinəti ödənilmişdir ki, bu da bu ilin proqnoz göstəricisinin 48,4 %-i qədərdir.
I yarımillik dövr üzrə dəfn müavinətinə xərc edilmiş vəsait isə 16,76 milyon manatdır. Bu ilin sonuna gözlənilən xərcin 45,2 %-i deməkdir.
Növbəti ildə dəfn müavinəti ilə əhatə olunacaq sığortaolunanların sayı bu ilin proqnoz göstəricisi ilə müqayisədə 490 nəfər və yaxud 1,2% az proqnozlaşdırılıb.
Növbəti il dəfn müavinəti üzrə xərclər bu ilin sonuna gözlənilən icra göstəricisindən 7,5% artımla proqnozlaşdırılıb.
Bu ilin I yarısında dəfn müavinəti ödənilmiş şəxslərin 19 478 nəfəri və yaxud 95,9 %-i əmək pensiyaçıları, habelə xərc edilmiş vəsaitin 16,4 milyonmanatı və yaxud 97,5 %-i əmək pensiyaçılarının payına düşür.
Bu ilin I yarısında vəfat etmiş əmək pensiyaçılarının sayı 16 870 nəfər olsa da, təqdim edilmiş məlumatda pensiyaçı üzrə olmaqla müavinətlə təmin edilmiş şəxslərin sayı 2 608 nəfər çox göstərilib ki, bu da pensiyaçının əvvəlki ildə vəfat etməsinə baxmayaraq müavinətin təyin edilməsi üçün bu il müraciət edilməsi ilə əlaqədardır.