Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.
Qvatemalada baş verən hadisə hər kəsi təəccübləndirib. Ailəsinin öldüyünü düşündüyü 15 yaşlı qız dəfn hazırlıqları zamanı tabutda hərəkət etməyə başlayıb.
"Bakupost" xarici KİV-ə istinadla xəbər verir ki, hadisə oktyabrın 10-da baş verib.
Qızın atası Abraham televiziya müsahibəsində bildirib ki, Yuleidy səhər saatlarında sinəsində ağrı hiss edib. O, qızını xəstəxanaya aparmaq istəsə də, yolda onun nəfəs almadığını və həyat əlaməti göstərmədiyini düşünüb. Bundan sonra xəstəxanaya getmək əvəzinə evə qayıdıb.
Qızının öldüyünə inanan ata tabut alıb, ailə üzvləri isə dəfnə hazırlaşmağa başlayıblar. Lakin mərasim zamanı Yuleidinin hərəkət etdiyini görən yaxınları onu tabutdan çıxarmağa çalışıblar.
Yerli mediaya danışan Yuleidy hadisədən əvvəl sinəsində kəskin ağrı hiss etdiyini, daha sonra isə ətrafın qəfil qaranlığa qərq olduğunu bildirib.
“Yenidən həyata qayıtdım. Bu, Allahın möcüzəsi idi”, - deyə o qeyd edib.
Təxminən 7 saat tabutda qaldığı bildirilən qız ayıldıqdan sonra su istəyib.
Qeyd edək ki, ailə qızı xəstəxanaya aparmadığından onun ölümü ilə bağlı tibbi sənəd də almayıb. Buna görə də hadisə zamanı yeniyetmənin vəziyyətinin tibbi baxımdan necə qiymətləndirildiyini təsdiqləyən məlumat yoxdur.
medicina.z