Icma.az, Saglamolun saytına istinadən bildirir. Dəfnə həmişəyaşl ağacdır, yazda və qışda yarpağını tökür.
Qədim Elladada Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpağından hörülmüş çələnglə mükafatlandırılırdılar.
Azertag.az bildirir ki, xoş ətirli bitki olan dəfnənin may və oktyabr ayları arasında yığılan yarpaqları daha faydalıdır.
Meyvələri yaşıl olur, sonradan tündləşib qaralır. Yarpaqlarından mətbəxdə geniş istifadə edilir.
Ətirli yarpaqlar şoraba, turşu, balıq və ətli xörəklərə xoş qoxu verir.
Xörəkdə dəfnə yarpağından istifadə olunması mədə-bağırsağa xeyirlidir.
Həmçinin ondan natural dərman istehsalında, kosmetik sənayedə də istifadə olunur.
Dəfnə meyvələrindən əldə edilən yağ antiseptik xüsusiyyətə malikdir.