Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

07.10.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 7 oktyabr, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə çoxmərtəbəli binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb.

AZƏRTAC “Hindistan Times” qəzetinə istinadla xəbər verir ki, dağıntılar altında hələ də insanların qaldığı ehtimal olunur. Hazırda Yanğından Mühafizə Xidməti və Milli Fəlakətlərə Cavabdeh Qüvvələrin əməkdaşları tərəfindən axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Yaralananlar xəstəxanaya yerləşdirilib. Çökən binanın təxminən 50 il əvvəl tikildiyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью