“Dəhlizin açılması Qazaxıstan Azərbaycan münasibətlərinə yeni impulslar verəcək“ ŞƏRH OLUN…
Icma.az bildirir, Sia Az portalına istinadən. “Qazaxıstan-Azərbaycan münasibətləri çoxəsrlik qədim köklərə malik olan münasibətlərdir.
Hazırki tarixi mərhələdə Qazaxıstanla Azərbaycan tərəfdaş və strateji müttəfiqdirlər.
Qazaxıstan ikitərəfli formatda Azərbaycanın çox mühüm tərəfdaşlarından biridir.
Belə ki, biz Qazaxıstanla eyni dənizi bölüşürük və eyni dənizin viktoriyasından qarşılıqlı kommunikasiya xətti kimi istifadə edirik”.
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, iki ölkə arasındakı münasibətlər çoxtərəfli münasibətlər kimi də nəzərdən keçirilməlidir: “Çünki biz Türk Dövlətləri Təşkilatında da uzun illərdir Qazaxıstanla birgə fəaliyyət göstəririk.
Bütün bunlar Qazaxıstan və Azərbaycanın ortaq maraqlarını təyin edən mühüm amillərdir.
Həmçinin eyni coğrafiyanı paylaşdığımız üçün bu coğrafiya da iki ölkə arasındakı münasibətlərin inkişafını aktual və zəruri edir.
Tam oxu
Xəbəri oxu