DƏHŞƏT! Cadugərliyə görə qonşularını diri diri yandırdılar

01.10.2026

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Meksikanın Çiapas ştatının Las Tacitas kəndində yerli sakinlər qonşularını cadugərlikdə günahlandıraraq diri-diri yandırıblar. 

Bakıvaxtı.az xəbər verir ki, hadisə barədə “Need To Know” məlumat yayıb.

Məlumata görə, qurbanlar Tzeltal Maya icmasının üzvləri olub. Kənd sakinləri 50 yaşlı kişini və onun sevgilisini evlərindən çıxararaq icma binasına gətirib və bir neçə saat döyüblər. Daha sonra onların üzərinə yanacaq tökülərək yandırıldığı bildirilir. Cəsədlərin qalıqları yol kənarında aşkarlanıb.

İlkin məlumata görə, kişi yerli müalicəçi olub. Cadugərlik ittihamlarının isə ondan yardım istəyən şəxslərin sonradan xəstələnməsindən sonra ortaya çıxdığı bildirilir. Digər versiyaya əsasən, hadisəyə icma rəsmilərindən birinin ölümü səbəb olub.

Çiapas Dövlət İnsan Hüquqları Komissiyasının prezidenti Horasio Kulebro Borrayas bildirib ki, heç bir şayiə və ya inanc işgəncə və insan ölümünə haqq qazandıra bilməz. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.

Murad İsmayıl 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью