Dəhşət! İkimərtəbəli ev kül oldu KONKRET

30.08.2026

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cəlilabad rayonunda ev yanaraq külə dönüb.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Qarğılı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, Müslüm Əliyevə məxsus ikimərtəbəli evdə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub. Buna baxmayaraq fərdi yaşayış evi tamamilə yanıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью