DƏHŞƏT! Neft buruğu ÇÖKDÜ YARALANANLAR VAR (VİDEO) KONKRET

11.05.2025

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Rusiyanın Yamalo-Nen muxtar dairəsində yerləşən “Xarapurneftegaz” yatağında baş verən yanğın nəticəsində neft buruğu çöküb.

KONKRET.az xəbər verir ki, ötən axşam “Belorusneft-Sibir” şirkətinin işlədiyi mədən sahəsində bir neçə quyuda yanğın baş verib. Hadisə zamanı iki ədəd 25 metr hündürlüyündə alov sütunu yaranıb və yanğın hələ də davam edir.

Yanğın nəticəsində üç neftçi ağır xəsarət alaraq reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyəti kritik olaraq qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью