Dəhşət və qaranlıq: Hellouin bayramında nə oxumalı? FOTO

25.10.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əvvəllər Hellouin bayramında insanları ruhlar, şər qüvvələr və qara magiya — real dünyanın hüdudlarından kənarda gizlənən hər şey qorxudurdu. Lakin zaman keçdikcə qorxunun mənbəyi o biri dünyadan insanın özünə doğru dəyişdi. Bu gün insanları cinlərdən daha çox insanın özünün qaranlıq tərəfləri və psixikasının dərinlikləri qorxudur. Beləliklə, naməlumdan qorxunu insan təbiətinin ən çirkin tərəflərindən doğan dəhşət əvəz etdi. 
Bizim.Media xəbər verir ki, splatterpank janrı da məhz belə yarandı.
Splatterpank zorakılığı, qəddarlığı və insan fiziologiyasını son dərəcə açıq və naturalist şəkildə təsvir edən qorxu janrının alt növü, ədəbiyyat və kino istiqamətidir. Termin 1986-cı ildə, ruhlar haqqında hekayələrin oxucular üçün ən qorxulu məzmun olmaqdan çıxdığı dövrdə bütün tabuları şüurlu şəkildə dağıdan yeni ədəbiyyat dalğasını təsvir etmək üçün yaranıb. İnsan qüsurlarını izləmək növbəti ruh və bədheybətləri izləməkdən daha maraqlı oldu. Çünki pozulmuş psixikanın insanı nələrə sürükləyə biləcəyi daha çox heyrət doğurur və qorxudur.
Bu gün Hellouin üçün sizə məhz bu janrda olan kitabları təqdim edirik.
Poppi Brayt — “Zərif meyit”


Yazıçı özü kitabını belə təsvir edib: “İki seriyalı qatilin nekrofiliya və adamyeyənlik üzərində qurulmuş sevgi hekayəsi”. Görünür, əlavə şərhlərə ehtiyac yoxdur.
Qreqq Olsen — “Heç kimə demə”

Ananızın qətl törətdiyinin şahidi olsaydınız, onun sirrini açardınızmı? Burada isə söhbət sizdən deyil, eyni dam altında yaşayan üç bacıdan və sadist anadan gedir. Maksimum realizm sevənlər üçün bu, real cinayətlər janrında yazılmış sənədli romandır.
Aqustina Basterrika — “Xüsusi ət”

Kitab öz seçimlərini daim başqalarına qəbul etdirməyə çalışan aqressiv veqanların xüsusilə xoşuna gələ bilər. Ət sevənlər üçün də qanuniləşdirilmiş adamyeyənlik haqqında bu antiutopiyanı oxumaq maraqlı olacaq. Bəli, insanlar fermalarda mal-qara kimi yetişdirilir. Xeyr, bu, süjetin sirrini açmaq deyil.
Metyu Stokou — “İnəklər”

Ədəbi baxımdan bu kitab seçdiyimiz digər əsərlər qədər uğurlu deyil. Lakin o, burada yalnız süjet deyil, kəsimxanadakı iyrənc pozğunluqların təsvirlərindən ibarət axın axtaranlar üçündür. Bu vəsvəsənin arxasında heç bir gizli məna yoxdur.
Ketrin Dann — “Qikin sevgisi”

Öz təhrif olunmuşluğu ilə maraqlı və qeyri-adi əsərdir. Bu gün eybəcərlər sirki sadəcə metaforadır, lakin Dannın romanında belə deyil. Adi cütlüklər valideyn olmağa hazırlaşarkən dölü genetik qüsurlara görə yoxlatdırırlar, bu romandakı cütlük isə qəsdən sirk üçün eybəcər insanlar yetişdirir. Onların motivasiyası sizi özünə cəlb edəcək bütöv bir fəlsəfədir. Heç kim sizdən bu fəlsəfəni qəbul etməyinizi gözləmir, sadəcə onu anlamağınızı istəyir.
Bundan əlavə, roman sektantlıq anlayışını da yaxşı təsvir edir. Təkcə süjet deyil, ideya da sizin üçün vacibdirsə, bu kitab uyğun seçimdir.
Yeri gəlmişkən, burada “qik” sözü müasir mənada işlənmir. Tarixi mənada XIX əsrdə qiklər tamaşaçıların gözü qarşısında canlı toyuqların və ilanların başını dişləri ilə qoparan sirk artistləri adlandırılırdı.
Maykl Jira — “İstehlakçı” hekayələr toplusu

Bu, öz iyrəncliyi ilə heyrət doğuran, psixikanın necə dağıldığından və bir qədər də nekrofiliyadan bəhs edən kitabdır. Burada hər şey insanın ən iyrənc davranış sapmalarına dair quru klinik rüblük hesabat kimi təqdim olunur. Əsərin forması da məzmunu qədər maraqlıdır.
Qabriel Vittkop — “Uşaq alverçisi”

Bu yazıçı oxucunu şoka salmağı sevir. Kitabın adı hekayənin mahiyyətini kifayət qədər açıqlayır: insan alveri və pedofiliya gündəlik biznes kimi təqdim olunur, bütün bunlar isə XVIII əsrin ab-havasında baş verir.
Edvard Li və Ret C. Uayt — “Teratoloq”

Bu günün sonuncu kitabı qalmaqallılığına görə sonuncu olsa da, əhəmiyyətinə görə belə deyil. Ekstremallıq baxımından əvvəlkilərin hamısını geridə qoyur. Buna hazır olmadığınız dəqiqdir, lakin burada dini təhqir və pozğunluqlar olduqca orijinal şəkildə — Tanrıya qarşı çıxma fəlsəfəsi kimi təqdim olunur.
Alimlərin nəzarəti altında, steril bir malikanədə zorakılıq tam ciddilik və qaranlıq ab-hava ilə baş verir. Əsər ikrah hissi ilə yanaşı, şərin ibtidai və qaranlıq təbiəti haqqında ziddiyyətli düşüncələr də doğurur.
Hamıya, xüsusilə də kitab qurdlarına xoş Hellouin arzulayırıq!
Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью