DƏHŞƏT! Zibil maşını evsiz adamı belə ƏZDİ KONKRET

06.05.2026

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kanadada müxtəlif mənbələrin yaydığı məlumata görə, zibil daşıyan maşın içərisində evsiz bir şəxsin yatdığı konteyneri ehtiyatsızlıqdan nəqliyyat vasitəsinin yük yerinə boşaldıb. Hadisə sürücünün konteynerdə kimsənin olmasından xəbərsiz şəkildə işini icra etməsi nəticəsində baş verib.

KONKRET.az xəbər verir ki, hadisə faciə ilə nəticələnə bilərdi, lakin xoşbəxtlikdən evsiz şəxsin uca səslə qışqırması sürücünün diqqətini çəkib. Sürücü səsi eşidən kimi dərhal zibil sıxma mexanizmini dayandırıb.

Mütəxəssislər qeyd edir ki, əgər sürücü bir neçə saniyə geciksəydi, həmin güclü mexanizm içəridəki şəxsi bir göz qırpımında kağız kimi əzərək həyatına son qoya bilərdi.

Hadisədən sonra sarsıntı keçirən evsiz şəxsə tibbi yardım göstərilib. Yerli hakimiyyət orqanları evsizlərin soyuq hava səbəbindən zibil konteynerlərinə sığınması ilə bağlı təhlükəsizlik xəbərdarlığı edib.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью