Dəhşətli anlar: Təyyarəni qaçırıb AES ə doğru sürdü

30.08.2026

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Macarıstanın Kaloçsa hava limanından qaçırılan “Cessna 172” təyyarəsi Paks Atom Elektrik Stansiyasına doğru uçub.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.

Məlumata görə, təyyarə radarlarda görünən kimi dərhal havaya “Qripen” qrıcıları qaldırılıb

Bir müddət sonra Gerjen şəhəri yaxınlığında qəza enişi edib. Qırıcılar xilasedici qüvvələr gələnə kimi havada qalıblar.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Polis təyyarənin qaçırılması ilə bağlı araşdırmalara başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью